Nazirin MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxışı gözlənilir
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyindən (XİN) AYNA-a verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun aprelin 12-də Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxışı, habelə bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.