Yun Sok-yeol ədalət mühakiməsinə mane olmaq ittihamları ilə beş il müddətinə azadlıqdan məhrum edilib
Cənubi Koreya məhkəməsi keçmiş Prezident Yun Sok-yeolu ədalət mühakiməsinə mane olmaq ittihamları ilə beş il müddətinə azadlıqdan məhrum edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumatda qeyd edilir: "Seul Mərkəzi Rayon Məhkəməsi Sok-yeolu 2024-cü ilin dekabrında hərbi vəziyyət elan etməsi ilə əlaqədar verilən həbs qərarının icrasına mane olmaqda günahkar bilib".
O həmçinin rəsmi sənədləri saxtalaşdırmaqda və hərbi vəziyyət elan etməzdən əvvəl lazımi prosedurlara əməl etməməkdə də günahkar bilinib.
Nəşr yazıb ki, keçmiş Prezidentin vəkili ədalət mühakiməsinə mane olmaq qərarından apelyasiya şikayəti verməyi planlaşdırır.