Şimali Koreyanın sərhədyanı rayonlarının sakinləri Cənubi Koreyanın pop ifaçılarının bəstələrini dinləyə biləcəklər
Cənubi Koreya Şimali Koreya ilə sərhəddə səsgücləndiricilərdən təbliğat yayımını bərpa etmək qərarına gəlib. AYNA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi respublikanın Milli Təhlükəsizlik Şurasının (MTŞ) qərarına istinadən yazıb.
Qeyd olunub ki, indi Şimali Koreyanın sərhədyanı rayonlarının sakinləri yenidən xəbərləri və Cənubi Koreyanın digər verilişlərini, həmçinin pop ifaçılarının bəstələrini dinləyə biləcəklər.
İyunun 8-də məlum olub ki, Şimali Koreya Cənubi Koreya istiqamətində içərisində zibil olduğu ehtimal edilən hava balonları göndərib. Bundan əvvəl Cənubi Koreyadan fəallar oxşar aksiyaya cavab olaraq Şimali Koreyaya seriallar və pop mahnılarından ibarət fləş diskləri olan şarlar göndəriblər.