Prezident: “Cənubi Koreya və ABŞ məlumat paylaşmalı, təlimləri birlikdə planlaşdırmalı və keçirməlidir”
Cənubi Koreya və ABŞ birgə nüvə təlimlərinin keçirilməsini müzakirə edir. AYNA “Reuters”ə istinadən bildirir ki, bu barədə Cənubi Koreya Prezidenti Yoon Suk-yeol deyib.
Prezidentin sözlərinə görə, Seul və Vaşinqton təlimlərin birgə planlaşdırılması ilə bağlı danışıqlar aparır.
"Nüvə silahları ABŞ-a məxsusdur, lakin Cənubi Koreya və ABŞ məlumat paylaşmalı, təlimləri birlikdə planlaşdırmalı və keçirməlidir", - Cənubi Koreya lideri bildirib.
Belə bir qərar Şimali Koreyanın nüvə təhlükəsinə qarşı çıxmaq üçün verilə bilər. Yoon Suk-yeol qeyd edib ki, təlimlər nüvə genişləndirilməsinin qarşısının alınmasının daha effektiv həyata keçirilməsinə yönələcək. O, Vaşinqtonun bu fikrə son dərəcə müsbət yanaşdığını da vurğulayıb.
Bundan əvvəl Şimali Koreya lideri Kim Çen In KXDR-də nüvə başlıqlarının istehsalını "eksponensial sürətlə" artıracağını vəd etmişdi. Partiya üzvləri ilə danışan In daha güclü qitələrarası ballistik raket yaratmaq planlarını da açıqlayıb.