Cənubi Amerikada güclü zəlzələ olub

Dünya

21.04.2026 - 12:28

Ekvadorda zəlzələnin gücü 5,4 bal olub

Ekvadorda güclü zəlzələ qeydə alınıb. AYNA.AZ xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin gücü 5,4 bal olub.

Zəlzələlər 1,4 milyon əhalisi olan Kito şəhərindən 74 kilometr şimal-şərqdə baş verib. Zəlzələ 122 kilometr dərinlikdə baş verib. Ölən və ya dağıntı barədə məlumat verilməyib.

Daha əvvəl Yaponiyanın Sanriku bölgəsinin sahillərində 7,4 bal gücündə zəlzələ baş verib. Yerli sakinlərə üç metr hündürlüyə qədər sunami təhlükəsi səbəbindən dərhal təxliyə olunmaları tövsiyə edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş