“17 vətəndaş gəlirli əmək müqavilələri bəhanəsi ilə döyüşə cəlb edilib”
Cənubi Afrika Respublikası (Cənubi Afrika) Ukrayna Silahlı Qüvvələri ilə müqavilə imzalayan vətəndaşlarını geri qaytarmaq istəyir. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” Cənubi Afrika hakimiyyətinin bəyanatına istinadən məlumat yayıb.
Cənubi Afrika hökuməti 20-39 yaş arası 17 vətəndaşının "gəlirli əmək müqavilələri bəhanəsi ilə döyüşə cəlb edildiyini" vurğulayıb.
Oktyabr ayında Rusiya qoşunlarının Kupyansk yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin Cənubi Afrika müqaviləli əsgərlərini öldürdüyü bildirilib.