Cəmil Həsənli DTX-ya çağırılıb

Xəbərlər

16.12.2025 - 17:43

Milli Şuranın sədrinin şahid qismində dindirildiyi bildirilir

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli növbəti dəfə DTX-ya çağırılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Cəmil Həsənli özü sosial şəbəkədə yazıb.

Onun DTX-da şahid qismində dindirildiyi bildirilir.

Qeyd edək ki, Cəmil Həsənli noyabrın 30-da DTX-da şahid qismində ifadə verib.

Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş