Cəlilabadda yol qəzası

Xəbərlər

04.09.2025 - 16:44

6 nəfər xəsarət alıb

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Hamarqışlaq kəndi ərazisində qeydə alınıb. "Mercedes" və "VAZ 21099" markalı minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş