Bakıda yolkəsənlər peyda olub – <font color=red> VİDEO</font>

Hadisə

13.11.2019 - 10:57

Onlar avtomobil yolunu bağlayır, yüksək səslə sürücüləri narahat edir, avtomobillərin hərəkətinə imkan vermirlər

 

Bakıda naməlum şəxs küçədə avtomobil yolunu bağlayıb və avtomobillərin hərəkətinə mane olub. Bu barədə sosial şəbəkələrdə video yayılıb. Görüntülərə əsasən, 2 nəfər avtomobil yolunu bağlayır, yüksək səslə sürücüləri narahat edir, avtomobillərin hərəkətinə imkan vermir.

 

Onlar daha sonra küçə ilə gedən qadına hücum ediblər. Ətrafdakı insanlar isə həmin şəxslərin üzərinə hücum edərək onları döyüblər.

 

Məsələ ilə bağlı AYNA-ya açıqlama verən Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyevin sözlərinə görə, fakt üzrə araşdırma başlayıb: "Videogörüntülərdə əks olunan hadisə barədə məlumatlıyıq. Hadisə ilə bağlı müvafiq rayon polis idarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, hadisəyə hüquqi qiymət veriləcək”.

Müəllif: Ayna.az