Cəlilabadda 6 obyekt karantin qaydalarını pozub

Xəbərlər

12.07.2020 - 12:51

Doqquz nəfər şəxs barəsində cərimə tətbiq olunub

 

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AYNA-ya verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon İcra Hakimiyyəti ilə Rayon Polis Şöbəsi və digər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər zamanı rayon ərazisində fəaliyyət göstərən “Ulduz”, “Xəzri”, “Beer House”, “Alar” və digər bir kafedə, “Əli Tekstil” adlı tikiş sexində xüsusi karantin rejiminin qaydalarına əməl edilmədiyi, sosial məsafənin və mövcud preventiv tədbirlərin şərtlərinin pozulması halları aşkarlanıb.

 

Karantin qaydalarının pozulduğu həmin obyektlərin fəaliyyəti ilə bağlı doqquz nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar. Həmin şəxslərlərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.

Müəllif: Ayna.az