CAR-da daşqınlar nəticəsində azı 12 nəfər ölüb

Dünya

04.06.2024 - 08:31

Həkimlər Klinikalar SEO Xidməti

Daşqınlar səbəbindən 2 mindən çox insan təxliyə edilib

Cənubi Afrika Respublikasının (CAR) cənub-şərqində daşqınlar nəticəsində azı 12 nəfər ölüb.

AYNA xəbər verir ki, bu barədə AFP yerli orqanlara istinadən bildirib.

Məlumata görə, Kvazulu-Natal əyalətində beş nəfər ölüb. Bundan əvvəl Şərqi Keyp əyalətində yeddi nəfərin öldüyü bildirilmişdi.

Qeyd olunub ki, 2 mindən çox insan təxliyə edilib. CAR Prezidenti Siril Ramafosa həlak olanların ailələrinə başsağlığı verib.

Daşqınlara güclü yağışlar səbəb olur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş