Çad Fransa ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləsini pozub

Dünya

29.11.2024 - 16:25

Həkimlər Klinikalar SEO Xidməti

Çadda yerləşən minə yaxın fransız əsgərinin ölkəni nə vaxt tərk etməli olacağı dəqiqləşdirilməyib

Çad Xarici İşlər Nazirliyi (XİN) Fransa ilə müdafiə sahəsində əməkdaşlığa dair sazişin ləğv edildiyini açıqlayıb.

AYNA xarici mediaya istinadən bildirir ki, XİN-in nümayəndəsi Abderaman Kulamallanın sözlərinə görə, sazişin ləğvi ilə bağlı qərar ölkəyə “milli maraqlar əsasında strateji əməkdaşlığa yenidən baxmağa imkan verəcək”.

Bəyanatda Çadda yerləşən minə yaxın fransız əsgərinin ölkəni nə vaxt tərk etməli olacağı dəqiqləşdirilməyib.

Paris hələlik vəziyyəti şərh etməyib.

Bundan əvvəl Mali, Burkina Faso və Niger hərbi paktın bağlandığını elan etdilər. Onlar birgə qüvvə yaratmaq barədə razılığa gəliblər. Bu ölkələrin hakimiyyət orqanları Fransa ilə müdafiə sahəsində əməkdaşlıq haqqında müqavilələri pozublar.

Müəllif: Ayna.az