Problemlərdən əziyyət çəkən kənd sakinlərindən biri də şəhid anasıdır
Qəbələnin Bunud kəndinin nə yolu, nə də tibb məntəqəsi əhaliyə xidmət etməyə yararlıdır. AYNA xəbər verir ki, illərdir bir sıra çətinliklərlə üzləşən və bu problemlərdən təngə gələn Bunud kəndinin sakinləri “Baku” TV-yə müraciət edib.
Bunudun inzibati ərazisi Qəbələnin ilk kəndi hesab olunur. Rayona gələn bütün qonaqlar bu kənddən keçməli olur, yəni hər kəs bu bərbad yolu qət etmək məcburiyyətindədir.
Saymaqla bitməyən problemlərdən əziyyət çəkən kənd sakinlərindən biri də şəhid anasıdır. Tamarə İsmayılova deyir ki, onların problemi ilə heç kəs maraqlanmır. Kəndin yol problem ilə bağlı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Absalam Hüseynov bildirib ki, Dövlət Proqramına uyğun olaraq Bunud 2023-cü ilin sonuna qədər asfaltlanması nəzərdə tutulan kəndlər sırasındadır.
Qəbələ Rayon Mərkəzi Xəstəxanasından isə bildirilib ki, icbari tibbi sığortaya keçidlə əlaqədar kənd sakinləri Vəndam kəndində yerləşən həkim məntəqəsindən istifadə edirlər.