Fəzail Ağamalı: “Vüqar Səfərli, sən kimsən ki, Prezidentin xidmətlərini öz adına çıxırsan?!”

Cəmiyyət

31.10.2019 - 10:10

Millət vəkili: “Bu adamın mətbuatın qarşısında duran vəzifələrdən, demokratiya anlayışından xəbəri yoxdur”

 

Bir müddət öncə Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlər birmənalı qarşılanmadı. Bir neçə şəxs, o cümlədən KİVDF sədri Vüqar Səfərli deputatın dediklərini “Fonda qarşı qərəzli yanaşma”, o cümlədən “dövlətin media siyasətinin mahiyyətini gözdən salmağa xidmət edən məkrli kampaniya” adlandırdı.

 

Millət vəkili F.Ağamalı AYNA-ya müsahibəsində V.Səfərlinin, eləcə də digər şəxslərin onun haqqında səsləndirdiyi ittihamlara cavab verib.

 

- Fəzail bəy, KİVDF sədrinin barənizdə dediklərindən, yəqin ki, xəbərdarsınız. Necə qarşıladınız bu iddiaları?

 

- Əvvəla onu deyim ki, Vüqar Səfərlinin barəmdə dediklərindən xeyli təəccübləndim. Çünki Vüqar Səfərli mübtədanı, xəbəri, eləcə də digər cümlə üzvlərini yerində düzgün yaza biləcək bir insan deyil. Onun buna gücü çatmaz, yəqin ki, o deyib, kimlərsə də onun fikirlərini yazı formasına salıb.

 

- Konkret olaraq sizə qarşı səsləndirilən ittihamlar barədə nə deyirsiniz?

 

- Əvvəla onu deyim ki, yazının başlığına çıxarılan fikir çox yanlışdır. Böyük qərəzdən, hikkədən əmələ gəlmiş düşüncənin məhsuludur. Mən dövlətin media siyasətini müdafiə edəndə Vüqar Səfərli qəzet, jurnal çeşidləyirdi və satışı ilə məşğul olurdu. Onun tərcümeyi-halında bütün bunlar var. Əgər o, mənim tərcümeyi-halıma bu qədər böhtan atırsa, onun vicdan problemi də var. Mən müsahibəmdə Vüqar Səfərlinin adını çəkməmişəm. KİVDF-nin islahatlara ehtiyacı olduğunu dilə gətirmişəm və bu gün də o fikirdəyəm. KİVDF bütövlükdə media siyasəti deyil, media siyasətinin bir elementidir. Bunu isə bilmək o qədər də çətin deyil. Mən ölkə Prezidentinin media siyasətinin üzərində deyil, bu media siyasətində problem yaradan KİVDF-nin çatışmazlıqları üzərində dayanmışam.

Rumiyyə Miraslan


Ramanada faciə

Dünən, 17:26 Hadisə