Bülbülün Şuşadakı ev muzeyinin eskizləri - <font color=red> FOTO</font>

Maraqlı

18.03.2021 - 14:32

Ev muzeyinin bərpası ilə bağlı layihə hazırdır

 

Bülbülün Şuşadakı ev muzeyinin bərpası ilə bağlı layihə hazırdır. AYNA xəbər verir ki, bu barədə APA-nın Moskva müxbirinə müsahibəsində Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib.

 

O, Bülbülün evinin bərpa layihəsinin artıq hazır olduğunu qeyd edib: “Layihə hər bir xırda detalına kimi hazırlanıb. Prezidentin tapşırığına əsasən, bu layihə artıq hazırdır. İndi bu layihənin razılaşdırılması prosesi gedir. Daha sonra biz işə başlayacağıq. İnanıram ki, çox qısa zamanda Bülbülün evi, daha doğrusu ev muzeyi bərpa olunacaq və muzey kimi fəaliyyətə başlayacaq. Bu il ərzində bərpa işlərini tamamlayacağıq”.

 

Bülbülün ev muzeyinin layihəsinin eskizlərini təqdim edirik:

Müəllif: Ayna.az