Qadağanı pozanlar 3 ilədək azadlıqdan məhrum ediləcəklər
Qətərdə maskasız küçəyə çıxmaq qadağan edilib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, qərara əsasən, mayın 17-dən etibarən Qətərdə bütün ölkə vətəndaşları maska taxmağa məcbur olacaq.
Qadağanı pozanların isə 3 ilədək azadlıqdan məhrum ediləcəyi və 200 min Qətər Rialı (55 min dollar) cərimə olunacağı bildirilib. Qətər Daxili İşlər Nazirliyinin verdiyi açıqlamada, qadağanın evdən çıxan hər kəsə şamil ediləcəyi vurğulanıb.
Qeyd edək ki, son sutka ərzində Qətərdə 14 nəfər koronavirusun qurbanı olub. Virusa yoluxanların sayı da artaraq 26539 nəfərə yüksəlib.