Bu il Ukrayna Qərbdən 16 milyard dollar maliyyə dəstəyi alıb

Dünya

12.07.2024 - 13:14

Həkimlər Klinikalar SEO Xidməti

Maliyyə Nazirliyi: “İlin sonunadək daha 22 milyard dollar gözlənilir”

2024-cü ilin əvvəlindən bəri Ukrayna büdcə dəstəyi üçün 16 milyard dollar alıb. AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

"Bu il dövlət büdcəsinə 16 milyard dollar xarici maliyyə vəsaiti daxil olub və ilin sonunadək daha 22 milyard dollar gözlənilir", - deyə məlumatda vurğulanıb.

Maliyyə Nazirliyindən eyni zamanda, qeyd edilib ki, Ukrayna hökuməti daxil olan vəsaitlərin istifadəsi ilə bağlı mütəmadi olaraq Qərbə hesabat verir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş