Bu gün Qazaxıstanda parlament seçkiləri keçirilir

Dünya

10.01.2021 - 11:38

Seçkilərdə 6 siyasi partiya yarışır

 

Bu gün Qazaxıstan Parlamentinin aşağı palatasına seçkilər keçirilir. AYNA xəbər verir ki, səsvermə karantin şəraitində, sanitar normalara riayət olunaraq baş tutur.

 

Qeyd edək ki, bu seçkilər 1995-ci ildən bəri ilk dəfə Qazaxıstan Konstitusiyasında göstərilən vaxtda keçirilir. Səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək.

 

Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınmış 6 siyasi partiyanın yarışdığı seçkilərdə təxminən 11 milyondan çox seçici səs verəcək.

 

Ölkədə ilk dəfə siyasi partiyaların seçkilərə qatılması üçün tələb olunan imza sayı 40 mindən 20 minə endirilib.

Müəllif: Ayna.az