Britaniyanın Kiyevə tədarük edəcəyi silah-sursatın həcmi açıqlanıb

Dünya

08.07.2024 - 12:22

Həkimlər Klinikalar SEO Xidməti

Böyük Britaniya Ukraynaya 90 yüksək dəqiqlikli “Brimstone”, 10 AS-90 özüyeriyən artilleriya qurğusu və bir milyon döyüş sursatı verəcək

Böyük Britaniya əlavə olaraq Ukraynaya 90 yüksək dəqiqlikli “Brimstone” raketi, 10 AS-90 özüyeriyən artilleriya qurğusu və bir milyon döyüş sursatı verəcək. AYNA UNİAN-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın yeni müdafiə naziri Con Hili Odessaya səfəri zamanı bildirib.

Kiyev hakimiyyətinə növbəti hərbi yardım paketinə həmçinin 50 kiçik qayıq, 40 minaaxtaran maşın, müdafiə mövqelərini gücləndirmək üçün 61 buldozer və əvvəllər tədarük edilmiş AS-90-lar üçün ehtiyat hissələri daxildir.

“Ölkədə hakimiyyət dəyişikliyi olub, lakin Böyük Britaniyanın aparıcı partiyaları Ukraynadakı vəziyyətlə bağlı həmrəydir. Müdafiə naziri kimi mən əsas hərbi yardımın tədarükünü artırmaqla Böyük Britaniyanın dəstəyini gücləndirməyimizi təmin edəcəyəm”, - Hili bildirib.

Qeyd edək ki, Hili iyulun 5-də Key Starmerin rəhbərlik etdiyi Leyboristlər Partiyası parlament seçkilərində qalib gəldikdən sonra bu vəzifəyə təyin edilib.

Ukraynaya səfər edən yeni hökumətin ilk üzvü olan Hili həmçinin Londonun aprel ayında elan etdiyi əvvəlki yardım paketindən silahların yaxın 100 gün ərzində Ukraynaya çatdırılması göstərişini verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş