Keir Starmer: “Dürüst olmaq və ünsiyyət qurmaq populizm və millətçiliklə mübarizənin ən yaxşı yoludur”
Britaniya ifrat sağçıların, populizmin və millətçiliyin etirazına hazır olmalıdır. AYNA xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) Böyük Britaniyanın Baş nazir Keir Starmerə istinadən yazıb.
Britaniyalı siyasətçi bütün Avropadakı mütərəqqi partiyaları populizmlə birgə mübarizə aparmağa dəvət edib: “Narahatlığımın bir sıra səbəbləri var - qismən Böyük Britaniyada baş verənlər, qismən də Fransa və Almaniya da daxil olmaqla, digər Avropa ölkələrində gördüklərimiz buna əsasdır”.
Starmer qeyd edib ki, dürüst olmaq və ünsiyyət qurmaq populizm və millətçiliklə mübarizənin ən yaxşı yoludur.
Bundan əvvəl Böyük Britaniyanın Sanderlend şəhərində bir neçə yüz ingilis millətçisi etiraz aksiyasına çıxıb. Sağçı fəallar polisə şüşə və daş atıblar. Polis də öz növbəsində gözyaşardıcı qazdan istifadə edib. Etirazçılar özləri ilə ingilis bayraqları gətirib və ifrat sağçı İngilis Müdafiə Liqasının qurucusu Tommi Robinsonu dəstəkləyən şüarlar səsləndiriblər.