Britaniyadan Almaniyaya “Taurus”la bağlı çağırış

Dünya

05.03.2024 - 09:02

cedabet dərman SEO Xidməti

London Berlini raketləri Ukraynaya təhvil verməyə çağırıb

Böyük Britaniya Almaniyanı Ukraynaya uzaqmənzilli “Taurus” raketlərini ötürməyə çağırır. AYNA xəbər verir ki, bu barədə “The Guardian” qəzeti Britaniya hakimiyyətinin nümayəndəsinə istinadən yazıb.

Mənbə bildirib ki, London bu cür raketləri Kiyevə ötürən ilk ölkə olub. Buna görə də İngiltərə öz tərəfdaşlarını eyni qərarı verməyə çağırıb.

Britaniya Müdafiə Nazirliyinin rəsmisi əlavə edib ki, Almaniya Bundesverinin hərbçilərinin Krım körpüsünün vurulması barədə söhbətlərinin səs yazısının sızması təəssüf doğurur, lakin ciddi deyil.

Bundan əvvəl Almaniya kansleri Olaf Şolts “Taurus” raketlərinin Ukraynaya göndərilməsini istisna etmişdi.

Qeyd edək ki, martın 1-də rus mediasında yüksək rütbəli alman hərbçiləri arasında “Taurus” raketləri ilə Krım körpüsünə mümkün hücumların müzakirə eildiyi audioyazı dərc olunub. Bundan sonra Rusiya ilə Almaniya arasında gərginlik yaranıb. Alman səfir Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş