Britaniyada univermağın altında 317 insan skeleti tapılıb

Dünya

08.09.2025 - 15:51

Skeletlər son orta əsrlərə aiddir

Britaniyanın Qloster şəhərində keçmiş univermağın yerində qazıntılar zamanı 317 insan skeleti aşkar edilib. AYNA.AZ xəbər verir ki, bu barədə “Popular Mechanics” jurnalı məlumat yayıb.

Qalıqlar hazırda yerli universitetin kampusunun tikildiyi keçmiş Debenhams univermağının yerində aşkar edilib. Skeletlər son orta əsrlərə aiddir. Əvvəllər bu yerdə Qədim Roma dövrünə aid 83 qəbir yeri tapılmışdı.

Qazıntı direktoru Kliff Batemanın sözlərinə görə, Qloster arxeoloqlar üçün inanılmaz dərəcədə vacib bir yerdir, çünki orada hər dəfə kəşflər edilir.

Skeletlərdən başqa, qazıntılar zamanı müxtəlif əşyalar, o cümlədən tütün qabları və şərab şüşəsinin parçaları aşkar edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş