COVID-19 can almağa davam edir
Böyük Britaniyada son sutka ərzində 7540 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 535 754 nəfərə çatıb.
AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 6 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 860 nəfərə çatıb.