Koronavirus can almağa davam edir
Böyük Britaniyada son sutka ərzində 16 135 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 667 870 nəfərə çatıb.
AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 19 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 128 027 nəfərə çatıb.