Britaniyada son sutkada koronavirusdan 384 nəfər ölüb
Böyük Britaniyada son sutka ərzində koronavirusdan ölənlərin sayı 384 nəfər artaraq 33 998-ə, yoluxanların sayı isə 3560 nəfər artaraq 236 711-ə çatıb.
AYNA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu Səhiyyə naziri Mett Henkuk cümə günü keçirdiyi brifinqdə deyib.
Qeyd edək ki, bir gün əvvəl Britaniyada ölənlərin sayı 428 nəfər, yoluxanların sayı isə 3446 olmuşdu.