Britaniyada sentyabrdan bəri koronavirusa görə ən aşağı ölüm sayı qeydə alınıb
Böyük Britaniyada son sutka ərzində 2 963 nəfər koronavirusa yoluxub. AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Qeyd olunub ki, bununla da koranavirusa yoluxanların ümumi sayı 4 390 783 nəfərə çatıb.
Son sutka ərzində 4 nəfər koronavirusdan həyatını itirib. Bu göstərici ötən ilin sentyabrdan etibarən koronavirusa görə qeydə alınan ən aşağı ölüm sayıdır. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 274 nəfərə çatıb.