Koronavirus can almağa davam edir
Böyük Britaniyada son sutka ərzində 2596 nəfər koronavirusa yoluxub.Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 383 572 nəfərə çatıb.
AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 34 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 225 nəfərə çatıb.