Bu addım NATO-nun keçmiş baş katibi Corc Robertson tərəfindən də dəstəklənib
Britaniya hərbi qulluqçuları Almaniya ilə birgə nüvə silahından istifadəni dəstəkləyiblər. AYNA.AZ xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti yüksək vəzifəli hərbi mənbələrə istinadən məlumat yayıb.
Nəşr yazıb ki, "Britaniya Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmilərinin sözlərinə görə, ölkə Almaniya ilə birgə nüvə silahından istifadə imkanlarını nəzərdən keçirməlidir".
Qeyd olunub ki, bu məsələ ilə bağlı danışıqlar hazırda iki hökumət arasında aparılmır. Lakin nəşrin məlumatına görə, Almaniya artıq Fransa ilə belə "strateji danışıqlar" aparır.
Qəzet qeyd edib ki, belə bir addım, digər məsələlərlə yanaşı, NATO-nun keçmiş baş katibi Corc Robertson tərəfindən də dəstəklənib və o belə bir razılaşmanın "çoxdan bağlanmalı olduğunu" bildirib.