Təxminən 42 min insana dəstək nəzərdə tutulub
Böyük Britaniya Ukraynaya daşqınlarla mübarizə üçün 16 milyon funt sterlinq humanitar yardım ayırıb.
AYNA xarici mediaya istinadən xəbər verir ki, İngiltərənin cəbhə bölgəsində yaşayan və köçkün düşmüş ukraynalılara, xüsusilə də Kaxovka SES-in dağılmasından sonra daşqınlardan zərər çəkənlərə 16 milyon funt-sterlinq dəyərində humanitar yardım edəcəyi açıqlanıb.
İngiltərə Xarici İşlər Nazirliyindən bildirilib ki, təxminən 42 min insana dəstək olmaq üçün 16 milyon funt sterlinq humanitar yardım göndəriləcək. Bundan əvvəl isə daşqınlara görə İngiltərə tərəfindən Xersona 220 milyon funt-sterlinq humanitar yardım edildiyi qeyd olunub.