"Britaniya Ukraynanı sona qədər dəstəkləyəcək"

Dünya

19.11.2022 - 21:37

Həkimlər Klinikalar SEO Xidməti

Rişi Sunak: "Biz sona qədər sizinləyik"

Böyük Britaniya Ukraynanı sona qədər dəstəkləyəcək. AYNA xəbər verir ki, bu barədə Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündən sonra tviterdə bildirib.

Tviterdə Sunakın Kiyevdəki Mariinski sarayına gəlişini əks etdirən videoda deyilir: "Britaniya azadlıq uğrunda mübarizənin nə demək olduğunu bilir. Biz sona qədər sizinləyik".

Baş nazir deyib ki, Britaniya Ukraynaya hava hücumundan müdafiəni gücləndirmək üçün 125 zenit silahı və xüsusi avadanlıq verəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş