Bronnert rusiyalı jurnalistlərin suallarını cavablandırmadan binanın içərisinə keçib
Böyük Britaniyanın səfiri Bronnert Londonun Rusiya Federasiyasının daxili işlərinə qarışması ilə əlaqədar Xarici İşlər Nazirliyinə gəlib.
Böyük Britaniyanın Rusiyadakı səfiri Debora Bronnert Londonun "Rusiyanın daxili işlərinə qarışması faktlarına" görə çağırıldığı Rusiya Xarici İşlər Nazirliyinin binasına gəlib. AYNA xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Bronnert rusiyalı jurnalistlərin suallarını cavablandırmadan binanın içərisinə keçib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərb diplomatlarına cəmiyyətdə nifaq və düşmənçilik salmaq məqsədi daşıyan fəaliyyətə görə Rusiyadan qovulacaqları barədə xəbərdarlıq etmişdi.
XİN rəsmisinin sözlərinə görə, ABŞ, İngiltərə, Kanada və digər "qeyri-dost ölkələrin rusofobiyasına hər hansı dəstək hərəkəti ən qəti şəkildə cavablandırılacaq, təxribatda iştirak edən diplomatlar isə ölkədən qovulacaqlar".