Britaniya Qəzzaya humanitar yardım çatdırmaq üçün hərbçi göndərməyəcək

Dünya

12.05.2024 - 22:03

Həkimlər Klinikalar SEO Xidməti

XİN başçısı: “Qəzzaya yardımın çatdırılmasını etibarlı şəkildə qoruyacaq podratçı təşkilat həyata keçirə bilər”

Böyük Britaniya hökuməti Qəzza zolağına humanitar yardım çatdırmaq üçün öz qoşunlarından istifadə etmək niyyətində deyil. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Fələstin anklavı sahillərində “üzən platformanın” tikintisini şərh edərkən deyib.

“Kral Donanmasının gəmisi Kardiqan Bay körpünün yaxınlığında logistika mərkəzi rolunu oynayacaq. Bununla belə, Böyük Britaniyanın Baş naziri Rişi Sunak, mən və digər nazirlər əsgərlərimizi ora göndərməyin yaxşı addım olmayacağını düşündük. Bunu etməli deyilik”, - Kemeron bildirib.

Nazirn sözlərinə görə, Qəzzaya yardımın çatdırılmasını etibarlı şəkildə qoruyacaq podratçı təşkilat həyata keçirə bilər: “Britaniya hərbçilərini göndərmək bizim etməməli olduğumuz riskdir. Eyni səbəbdən amerikalılar öz hərbi personalını göndərmək niyyətində deyillər”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş