Britaniya müdafiə naziri: "Rusiya bizə meydan oxuyur, bizi sınaqdan keçirir”

Dünya

26.10.2025 - 19:47

“Böyük Britaniya sularını təhdid edən Rusiya gəmilərinin sayı 30 faiz artıb”

“Böyük Britaniya sularını təhdid edən Rusiya gəmilərinin sayı 30 faiz artıb”. AYNA.AZ BBC-yə istinadən bildirir ki, bu sözləri Böyük Britaniyanın müdafiə naziri Con Heli deyib.

Heli vurğulayıb ki, bu, Moskvanın Avropaya da yayılan "təcavüzünün" artdığını göstərir.

Nazirin sözlərinə görə, Şimali Atlantikada Rusiya sualtı qayıqlarının fəaliyyəti “Soyuq müharibə” zamanı ilə müqayisə edilə bilər.

Buna cavab olaraq, Kral Hərbi Hava Qüvvələri və Kral Donanması bölgədə nəzarəti artırıb. Helinin sözlərinə görə, London Rusiya gəmilərinin hərəkəti də daxil olmaqla dəniz fəaliyyətini izləyən RAF P-8 patrul təyyarəsini işə salıb.

"Rusiya bizə meydan oxuyur, bizi sınaqdan keçirir, izləyir. Lakin bu təyyarələr bizə Rusiya Prezidenti Vladimir Putinə deməyə imkan verir: "Biz sizi izləyirik, sualtı qayıqlarınızı ovlayırıq", - deyə Heli vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş