Britaniya kralına xərçəng diaqnozu qoyulub

Dünya

06.02.2024 - 13:37

cedabet dərman SEO Xidməti

Kral III Çarlz prostat vəzi xərçənginə qarşı müalicə alır

Britaniya kralı III Çarlza xərçəng diaqnozu qoyulub. AYNA-nın xəbərinə görə, Bukinqem Sarayından bildirilib ki, kral III Çarlz prostat vəzi ilə bağlı xəstəxanaya yerləşdirilərkən ona xərçəng diaqnozu qoyulub.

“Əlahəzrət bu gün müntəzəm müalicəyə başladı, bu müddət ərzində həkimlər ona ictimai vəzifələri təxirə salmağı tövsiyə etdilər. Bu müddət ərzində Əlahəzrət həmişəki kimi dövlət işlərini və rəsmi sənədləşmə işlərini aparmağa davam edəcək”, - Sarayın “X” sosial media hesabında yaydığı bəyanatda deyilir.

Bukinqem Sarayı qeyd edir ki, kral onun müalicəsinin yaxşı gedəcəyinə əmindir və mümkün qədər tez dövlət işlərinə qayıtmağa ümid edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş