Səbəb amerikalı iş adamının İngiltərədə avqust ayında baş verən anti-immiqrant iğtişaşları ilə bağlı yazılarıdır
Böyük Britaniya hökuməti dünyanın ən zəngin adamı İlon Maskı Beynəlxalq İnvestisiya Forumuna dəvət etməyib. AYNA-nın BBC-yə istinadən məlumatına görə, səbəb onun İngiltərədə avqust ayında baş verən anti-immiqrant iğtişaşları ilə bağlı yazılarıdır.
İyulun sonu və avqustun əvvəlində Sautport şəhərində rəqs klubunda 3 qızın öldürülməsindən sonra İngiltərənin müxtəlif şəhərlərində kütləvi immiqrasiyadan narazı olan radikal millətçilərin təşkil etdiyi iğtişaşlar başlayıb.
İlon Mask bu hadisələri öz “X” şəbəkəsində şərh edərək, Britaniyada vətəndaş müharibəsini proqnozlaşdırıb və Baş nazir Keir Starmeri tənqid edib. Məsələn, avqust iğtişaşları zamanı Musk Britaniya hökumətinin Folklend adalarında iğtişaşçılar üçün konsentrasiya düşərgələri tikdiyi barədə dezinformasiya dərc edib, lakin sonra onu silib.
Keir Starmer builki Beynəlxalq İnvestisiya Forumuna böyük ümidlər bəsləyir: o, ölkəyə on milyardlarla xarici investisiya cəlb etmək istəyir.
Mask keçən il forumda iştirak edib və sonra noyabr ayında keçirilən süni intellekt sammitində o zamankı Baş nazir Rishi Sunak ilə görüşüb.