Braziliyada virus tüğyan edir: Kütləvi məzarlıqlardan istifadəyə başlandı

Dünya

20.05.2020 - 14:35

cedabet Klinikalar SEO Xidməti

Vəziyyət belə davam edərsə Braziliyanın səhiyyə sistemi alt-üst olacaq

 

Braziliyada ölkədə koronavirus xəstəliyi başlayandan bəri ən yüksək gündəlik infeksiya və ölüm hadisəsi qeydə alınıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, ölkənin səhiyyə rəsmilərinin verdiyi məlumata görə, son 24 saat ərzində ölkədə 17 min 408 yoluxma və 1179 ölüm faktı qeydə alınıb.

 

Ölkədə ümumi yoluxma göstəricisi 271 min 628, ölüm sayı isə 17 min 971 nəfərdir. Məlumata əlavə olunan fotofaktlardakı mənzərə onu göstərir ki, Braziliya da virus qurbanlarını kütləvi qəbiristanlıqlarda basdırmalı olub.

 

Latın Amerikasında birinci, dünya üzrə ABŞ və Rusiyadan sonra COVID-19 böhranını yaşayan Braziliyada səhiyyə sahəsində də problemlər çoxdur. Mütəxəssilər ölkədə səhiyyə və təhlükəsizlik tədbirlərinin əskik olması səbəbindən həqiqi rəqəmin daha yüksək ola biləcəyini söyləyirlər. Vəziyyət bu formada davam edərsə, xəstəliyin önümüzdəki həftələrdə Braziliyanın səhiyyə sistemini alt-üst edəcəyindən qorxurlar.

Braziliya Prezidenti Jair Bolsonaro dəfələrlə koronavirus təhlükəsini azaltmaq üçün yerli qubernatorlar və bələdiyyə sədrlərinə tapşırıqlar verir, onları sərt tədbirlər tətbiq etməyə çağırır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş