Ölkədə koronavirusa yoluxanların sayı 1 539 081 nəfərə çatıb
Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 42 223 nəfər yoluxub.
AYNA xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 1 539 081 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 290 nəfər ölüb, ölənlərin ümumi sayı 63 174 nəfər təşkil edir.
Qeyd edilir ki, hazırkı dövrədək koronavirusa yoluxan 868 mindən artıq insan sağalıb.