Deputat: “Təhsilimiz ona görə yuxarı pillələrdə deyil ki, torpaqlarımız işğal altındadır”

Cəmiyyət

29.10.2019 - 16:15

Həkimlər Klinikalar SEO Xidməti

Və ya Kolumbiyanın “ən pislər” siyahısında yer aldığı siyahıda Azərbaycanın adı da yoxdur

 

Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) 2019-cı ilin təhsil hesabatını açıqlayıb. Hesabatda ölkələrin şagird və tələbələrə sərf etdiyi illik təhsil xərcləri əks olunub.

 

Reytinqdə 36 ölkənin adı çəkilib ki, burada dövlətin və özəl sektorun vətəndaşların təhsilinə ayırdığı xərclər əsas götürülüb.

 

OECD-in hesabatına görə, şagird və tələbələrə ən çox pul xərcləyən ölkə Lüksemburqdur. Bu ölkədə təhsil alan hər bir adam üçün ildə 21 min 470 dollar vəsait xərclənir.

 

Siyahıda 2-ci yeri Amerika Birləşmiş Ştatları tutur. ABŞ-da hər adamın təhsilinə ildə 16 min 987 dollar pul xərclənir.

 

3-cü yerdə isə Avstriya qərarlaşır. Avstriyada illik təhsil xərci 15 min 806 dollar təşkil edir.

 

OECD təhsilə ən az pul xərcləyən ölkələrin hesabatını da dərc edib. Bu sırada ilk üçlüyü Meksika, Kolumbiya və Türkiyə tutur. Azərbaycan isə, ümumiyyətlə hesabatda yer almayıb.

 

Sözügedən statistikanı AYNA-ya şərh edən təhsil eksperti Almaz Həsrətin sözlərinə görə, mövzuya 3 aspektdən yanaşmaq lazımdır: “Təhsil, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da ən vacib, ən həssas və ən prioritet sahələrdən biridir. Statistikaya nəzər salsaq, görərik ki, Finlandiya belə, ilk sıralardan kənarda qalıb. Halbuki Finlandiyada özəl məktəb yoxdur və təhsil tamamilə dövlətin nəzarətindədir. Burada isə bir neçə nüans əsas rol oynayır: maddi-texniki bazanın olması, insanların sosial yaşayış təminatı və tədris prosesində kadr siyasətinin düzgün yerinə yetirilməsi”.

Mərahim Nəsib