Braziliya Prezidenti: "Trampla əla görüşüm oldu"

Dünya

26.10.2025 - 23:35

“İkitərəfli ticarət və iqtisadi məsələləri səmimi və konstruktiv müzakirə etdik"

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ABŞ Prezidenti Donald Trampla danışıqlarının yaxşı keçdiyini və iki tərəfin mübahisəli ticarət məsələlərini müzakirə etməyə başlamaq barədə razılığa gəldiyini bildirib.

AYNA.AZ xarici mediaya istinadən bildirir ki, o sosial mediada yazıb: "Bazar günü Malayziyada Prezident Trampla əla görüşüm oldu. İkitərəfli ticarət və iqtisadi məsələləri səmimi və konstruktiv müzakirə etdik".

Lula da Silvanın sözlərinə görə, ABŞ və Braziliya "danışıq qruplarımızın tarif məsələsinə, eləcə də Braziliya hökumətinə tətbiq edilən sanksiyalara həll yolu tapmaq üçün dərhal görüşlərə başlayacağı barədə razılığa gəliblər".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş