Braziliya İsraildəki səfirini rəsmən geri çağırıb

Dünya

29.05.2024 - 22:21

Meyer yeni iş üçün Cenevrəyə köçürüləcək

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ölkənin İsraildəki səfiri Federiko Meyeri rəsmən geri çağırıb.

AYNA-nın məlumatına görə, bu barədə "Globo" portalı məlumat yayıb.

Məlumata görə, fevralın 19-da Lula da Silva İsrail Xarici İşlər Nazirliyinin onu persona non-qrata elan etməsindən sonra bu ölkənin İsraildəki səfirini məsləhətləşmələr üçün geri çağırıb. Üç aydan sonra Meyer mayın 24-də İsrailə qayıdıb, lakin indi yeni iş üçün Cenevrəyə köçürüləcək.

Müvəqqəti işlər vəkili Fabio Farias Braziliyanın Təl-Əvivdəki səfirliyini və digər səfirlik funksiyalarını yerinə yetirəcək.

Müəllif: Ayna.az