“Venesuela hakimiyyəti Venesueladakı seçkilərin nəticələrinə hörmət etməlidir”
“Venesuela hakimiyyəti Venesueladakı seçkilərin nəticələrinə hörmət etməli və seçki prosesinin şəffaflığı prinsipinə əməl etməlidir”. AYNA xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrel “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Venesuela xalqı öz ölkələrinin gələcəyi üçün dinc şəkildə səs verdi. Onların iradəsinə hörmət edilməlidir. Seçki prosesinin tam şəffaflığının təmin edilməsi həyati əhəmiyyət kəsb edir”, - deyə siyasətçi qeyd edib.
Bundan əvvəl Venesuela müxalifətinin lideri Mariya Korina Maçado orduya müraciət edərək 51,2 faiz səs topladığı seçkilərin nəticələrinə görə ölkənin hazırkı Prezidenti Nikolas Maduronu devirməyə çağırıb. Seçkilərin nəticələri Argentina, Çili və Peru tərəfindən də tanınmayıb.