Borrell: “Uğursuz xarici siyasət Avropa İttifaqına baha başa gəlib”

Dünya

15.04.2024 - 15:41

“Avropa Birliyi Ukrayna və Qəzza zolağındakı müharibəyə fərqli reaksiya verdi”

“Avropa Birliyinin Ukrayna və Qəzza zolağındakı müharibəyə fərqli reaksiyası ərəb ölkələri, Afrika və qeyri-Qərb dünyasının digər regionları ilə münasibətlərdə Aİ-yə “baha başa gəlib”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Avropa diplomatiyasının rəhbəri Cozef Borell deyib.

“Birliyin olmaması ərəb dünyasında, eləcə də Afrika, Latın Amerikası və Asiyanın bir çox ölkələrində bizə baha başa gəldi. Ukrayna və Fələstindəki müharibələrə verdiyimiz cavab fərqi Rusiya təbliğatı tərəfindən geniş şəkildə istifadə edilib”, - Borrell vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna məsələsində Aİ “qətiyyətli davranıb, çünki Aİ ölkələri arasında birlik var idi”.

“Eyni zamanda, on minlərlə insanın, çoxu qadın və uşaqların artıq həlak olduğu Qəzzada münaqişədə Aİ döyüşləri dayandıra, humanitar fəlakətin öhdəsindən gələ bilməyib və girovların azad edilməsinə şərait yarada bilməyib”, diplomat vurğulayıb.

Borrell həmçinin iddia edib ki, onun Avropa diplomatiyasının rəhbəri kimi mübarizəni prioritetlərindən birinə çevirdiyi “Rusiya təbliğatı” “dünyanın qalan hissəsinin” Brüsselin hərəkətlərindən mövcud narazılığına görə uğurlu olub.

Xüsusilə, "Qərb olmayan" dünyada koronavirus böhranı zamanı peyvəndlərin qeyri-bərabər paylanması, sərt immiqrasiya siyasəti, iqlim dəyişikliyi və ya beynəlxalq təşkilatlarda ədalətsizliklə mübarizə üçün kifayət qədər səylərin olmaması ilə bağlı narahatlıqların olduğunu söyləyib.

Bir müddət sonra vəzifəsini tərk edəcək Borrell hesab edir ki, Aİ gələcəkdə “dünyanın qalan hissəsi Qərbə qarşı” ittifaqın möhkəmlənməsinin qarşısını almaq üçün hər şeyi etməlidir. Bunun üçün Borrelin fikrincə, avropalılar öz prinsiplərinə “yalnız sözlə deyil, reallıqda” riayət etməlidirlər.

Müəllif: Ayna.az