“ABŞ Avropa İttifaqının ən vacib müttəfiqi statusunu itirib”
“ABŞ Avropa İttifaqının ən vacib müttəfiqi statusunu itirib”. AYNA.AZ xəbər verir ki, bu sözləri Avropa İttifaqı (Aİ) diplomatiyasının sabiq rəhbəri Cozef Borrell İspaniyanın "Pais" qəzetinə verdiyi müsahibədə deyib.
"ABŞ artıq Aİ-nin ən vacib müttəfiqi deyil. Hazırkı siyasi vəziyyət Aİ-ni öz maraqlarını qorumaq üçün digər ölkələrə etibar etməyi dayandırmağa məcbur edir. Biz reallığın başqa bir fəslini yaşayırıq və bu, bizə getdikcə daha aydın olur ki, öz müdafiəmizi öz vasitələrimizlə təmin etməliyik”, - Borrell bildirib.