Boris Conson istefa verdi: yeni seçkilərədək Baş nazir postunda qalacaq

Dünya

07.07.2022 - 15:46

Həkimlər Klinikalar SEO Xidməti

Baş nazir Britaniya hökumətinə və Mühafizəkarlar Partiyasına yeni seçkilərə qədər rəhbərlik etmək niyyətindədir

Boris Conson Böyük Britaniyanın Baş naziri və hakim Mühafizəkarlar Partiyasının lideri vəzifəsini tərk etmək qərarına gəldiyini açıqlayıb. 

AYNA xarici mediaya istinadən bildirir ki, Baş nazir Britaniya hökumətinə və Mühafizəkarlar Partiyasına yeni seçkilərə qədər rəhbərlik etmək niyyətində olduğunu bildirib. 

Siyasətçi vəd edib ki, Britaniya hökuməti onun istefasından sonra da lazım olduğu qədər Ukraynanı dəstəkləyəcək.

Xatırladaq ki, Conson hökumətindən bir neçə gün ərzində 50-dən çox nazirin istefa verməsinə baxmayaraq, ölkənin Baş naziri dünən postunu tərk etməyəcəyini açıqlamışdı.

Qeyd edək ki, Consonun istefasına səbəb seks qalmaqalı olub. Xüsusilə, Mühafizəkarlar Partiyasının sədr müavini Kris Pinçer parlamentdəki həmkarlarını təhqir edib və sərxoş halda barda bir neçə nəfərə sataşıb. İddialara görə, Conson onu vəzifəyə təyin etməzdən əvvəl əxlaqsız davranışından xəbərdar olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş