Borell: “Aİ Çinin sülh planını qeyri-ciddi hesab edir”

Dünya

05.05.2023 - 13:12

“Aİ üçün yalnız Ukrayna Prezidenti Volodimir Zelenskinin sülh planı qəbul ediləndir”

Avropa İttifaqı (Aİ) Çinin Ukrayna müharibəsinin sülh yolu ilə həlli planını qeyri-ciddi hesab edir. AYNA xəbər verir ki, bu barədə Aİ-nin xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borell deyib.

“Aİ üçün yalnız Ukrayna Prezidenti Volodimir Zelenskinin sülh planı qəbul ediləndir”, Borrell vurğulayıb.

Qeyd edək ki, rəsmi Pekin Ukraynada müharibənin dayandırılması ilə bağlı sülh planı təqdim edib. Ukrayna isə bunu Rusiyanın mövqeyinə uyğun olduğu üçün qəbul etməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş