Bolton: “Tramp yenidən seçilərsə, ABŞ-ın NATO-dan çıxmasına nail olacaq”

Dünya

29.03.2024 - 12:32

“Trampın bir fikri olanda təkrar-təkrar ona qayıdır, sonra unudur, amma sonda xatırlayır və hərəkətə keçir”

“Donald Tramp yenidən dövlət başçısı seçiləcəyi təqdirdə ABŞ-ın NATO-dan çıxması məsələsini gündəmə gətirəcək”. AYNA xəbər verir ki, bu sözləri Tramp Prezident olarkən ABŞ-ın milli təhlükəsizlik üzrə müşavir olmuş Con Bolton “Le Figaro” qəzetinə müsahibəsində deyib.

Bolton Trampın yenidən seçiləcəyi təqdirdə ABŞ-ın NATO-dan çıxmasına nail olacağı ehtimalının yüksək olduğunu deyib: “Trampın bir fikri olanda təkrar-təkrar ona qayıdır, sonra unudur, amma sonda xatırlayır və hərəkətə keçir. Bir çox insanlar bunun sadəcə danışıqlar üçün bir vasitə olduğunu düşünür. Amma mən belə düşünmürəm”.

Keçmiş müşavir xatırladıb ki, Tramp 2018-ci ildə Rusiyadan təbii ehtiyatları yüksək xərclərlə almağa davam etsələr, ABŞ-ın dəstəyinə arxalana bilməyəcəklərini deyərək Avropa ölkələrini şoka salıb.

Bundan əvvəl Tramp NATO-nun digər üzvləri üçün pul ödəmək istəmədiyini açıqlamışdı.

Müəllif: Ayna.az