Həkimlər 70 yaşlı sabiq Prezidentin vəziyyətini qənaətbəxş hesab ediblər
Braziliyanın keçmiş Prezidenti (2019-2022) Jair Bolsonaro dekabr ayında əməliyyatdan sonra xəstəxanadan evə buraxılıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, siyasətçi dövlət çevrilişi cəhdinə görə cəzasını çəkməyə davam edəcəyi Braziliyadakı həbsxanaya qaytarılıb.
Həkimlər 70 yaşlı Bolsonaronun vəziyyətini qənaətbəxş hesab ediblər. Onun qasıq yırtığı əməliyyatından sonra sağalması problemsiz keçib. Həkimlər həmçinin keçmiş liderin xroniki hıçqırıqlarının dərmanlarla uğurla müalicə olunduğunu qeyd ediblər.
Daha əvvəl Braziliyanın Federal Ali Məhkəməsi keçmiş Prezidentin xəstəxanaya yerləşdirilməsinə icazə vermişdi və şərti olaraq azadlığa buraxıldıqdan sonra həbsxanaya qaytarılacaqdı. Hakim Aleksandr de Morais siyasətçinin vəkillərinin onun həbs cəzasını ev dustaqlığı ilə əvəz etmək barədə vəsatətini rədd etmişdi.
Bolsonaro dövlət çevrilişinə cəhdə görə həbs cəzası çəkir. 2025-ci ilin sentyabr ayında o 27 ildən çox müddətə azadlıqdan məhrum edilib.