Nikolay Denkov martın 6-da istefa verəcəyini təsdiq edib
Bolqarıstan Baş naziri Nikolay Denkov razılaşdırılmış rotasiyaya uyğun olaraq martın 6-da istefa verəcək. AYNA xarici mediaya istinadən bildirir ki, Baş nazir istefa verəcəyini təsdiqləyib.
Denkov Münxen Təhlükəsizlik Konfransından sonra keçirilən brifinqdə deyib ki, 6 martda istefa verdikdən sonra növbəti qərarın qəbuluna qədər Konstitusiyaya uyğun olaraq hökumət fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, Denkov 6 iyun 2023-cü ildə Bolqarıstanın Baş naziri seçilib.