BNA rəsmisi və ailə üzvləri koronavirusa yoluxub

Xəbərlər

28.06.2020 - 18:57

cedabet dərman SEO Xidməti

Özü, həyat yoldaşı və oğlunun testinin nəticələri müsbət çıxıb

 

Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev və ailə üzvləri yeni növ koronavirusa (COVİD-19) yoluxub. AYNA-nın APA-ya istinadən xəbərinə görə, M. Ağayev bildirib ki, bir neçə gün davam edən hərarət, halsızlıq simptomları ilə əlaqədar təcili tibbi yardıma müraciət edib.

 

Özü, həyat yoldaşı və oğlunun koronavirus testinin nəticələri müsbət çıxıb. M. Ağayev koronavirusa qalib gələcəklərinə inandıqlarını bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş