BMT Malidəki missiyasını rəsmən başa çatdırıb

Dünya

02.01.2024 - 01:02

cedabet dərman SEO Xidməti

Malidə 10 ildən çox xidmət edərkən 311 sülhməramlı ölüb

BMT-nin Malidəki on illik sabitləşmə üzrə çoxölçülü kompleks missiyasını (MINUSMA) rəsmən başa çatdırıb.

AYNA xəbər verir ki, yanvarın 1-dən ölkədə nümayəndəliyin ləğvi mərhələsi başlayıb.

BMT-nin baş katibi Antonio Quterreşin sözlərinə görə, Malidə 10 ildən çox xidmət edərkən 311 sülhməramlı ölüb, 700-dən çoxu yaralanıb.

Antonio Quterreş həmçinin təşkilatın konstitusiya nizamını bərpa etmək və ölkədə sülh, təhlükəsizlik və davamlı inkişafı təşviq etmək üçün Mali xalqı və müvəqqəti keçid hökuməti ilə işləmək öhdəliyini təsdiqləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş